Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, TRIPP layihəsi Ermənistanla Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsi yaradacaq və Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya edəcək.
Paşinyanın sözlərinə görə, Azərbaycan ərazisindən keçəcək dəmir yolu Ermənistanı Rusiya və Mərkəzi Asiya ilə birləşdirəcək.
O əlavə edib ki, layihənin reallaşması Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsinin yaradılmasına və Ermənistanın İranla dəmir yolu bağlantısının təmin olunmasına imkan verəcək.