Türkiyənin İstanbul şəhərindən Amasyaya cənazə daşıyan mikroavtobusun aşması nəticəsində yaralananların sayı 31-ə çatıb.
Türkiyə mediasının yaydığı xəbərə görə, bu barədə Amasya Valiliyi məlumat yayıb.
Qeyd olunub ki, qəzaya səbəb yolun sürüşkən olması olub.
Əraziyə polis və jandarm qüvvələri, yanğınsöndürən briqadaları cəlb olunub.