LEQAL XƏBƏR məlumat verir ki, Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda güclü yanğın baş verib.
Məlumata görə, Orhanlı Dəri Sənaye Bölgəsindəki bir fabrikdə genişmiqyaslı yanğın baş verib. Hansı səbəbdən başladığı hələ məlum olmayan yanğın qısa müddətdə sürətlə yayılıb. Fabrikdən yüksələn qatı tüstü ətraf ərazilərdən də görünüb.
Hadisə yerinə çox sayda yanğınsöndürmə, polis və sağlamlıq qrupu göndərilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.![]()