Məlumata görə, Malatya Vilayət Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin əməkdaşları AFAD, UMKE və digər təhlükəsizlik qüvvələrinin iştirakı ilə Ansır mağaraları kimi tanınan ərazidə axtarış aparıblar. Təxminən 1 250 metr yüksəklikdə yerləşən mağarada tapılan insan sümükləri şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibb Qurumuna göndərilib.
Sümüklərin kimə məxsus olduğu müəyyən edildikdən sonra istintaqın istiqaməti dəqiqləşdiriləcək.