Leqal xəbər məlumat verir ki, Türkiyənin Samsun şəhərində naməlum mənşəli pilotsuz uçuş aparatı yaşayış ərazisinə düşüb.
Məlumata görə, hadisə Kazım Karabəkir rayonundakı küçələrdən birində baş verib. Dronun düşməsi nəticəsində iki evin dam örtüyü zədələnib, bəzi pəncərələr isə qırılıb.
İlkin məlumatlara əsasən, uzunluğu təxminən 1 metr olan pilotsuz aparatın mənşəyi hələ müəyyənləşdirilməyib. Hadisə yerinə polis və təhlükəsizlik qüvvələri cəlb olunub, ərazi nəzarətə götürülüb.