"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsi Şuşa şəhərində yerləşən tarixi abidələrin bərpa-konservasiyası işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
LEQAL XƏBƏR-in əldə etdiyi məlumata görə, tenderin ümumi dəyəri 2 milyon 461 min 587 manat 40 qəpik təşkil edir.
Tender sənədlərinə əsasən, satınalma çərçivəsində Şuşa şəhərində yerləşən altı memarlıq abidəsində bərpa-konservasiya işlərinin birinci mərhələsinin həyata keçirilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, Cahangir bəyin yaşayış evi də daxil olmaqla tarixi abidələrdə konservasiya və bərpa işləri aparılacaq. İşlər çərçivəsində divarların möhkəmləndirilməsi, çatların inyeksiya üsulu ilə bərkidilməsi, daş və hörgü elementlərinin bərpası, polad boruların quraşdırılması, zondaj və digər mühəndis-bərpa tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.![]()