Leqal xəbər məlumat verir ki, Ucar rayonunda faciəli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Alpı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, 1989-cu il təvəllüdlü Gündüz Faxrətov “Belarus” markalı traktoru arxaya verərkən ehtiyatsızlıq nəticəsində anası – 1959-cu il təvəllüdlü Adilə Abbasovanı vurub. Ağır xəsarət alan qadın hadisə yerində həyatını itirib.
Bundan başqa, Bakı–Qazax magistral yolunun Ucarın Qaradağlı kəndindən keçən hissəsində daha bir ölüm hadisəsi baş verib. Belə ki, 46 yaşlı Seymur Səmədovu naməlum avtomobil vuraraq öldürüb. Sürücü hadisə yerindən qaçıb.