İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

UKRAYNA 600-DƏN ÇOX DRONLA MOSKVAYA HÜCUM ETDİ – ŞƏHƏRDƏ GƏRGİNLİK

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 18-nə keçən gecə Moskva və Moskva vilayəti 600-dən çox pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Məlumata görə, gecə saat 02:00-dan sonra Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə (HHM) qüvvələrinin şəhərə istiqamətlənən dronları vurduğunu

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 18-nə keçən gecə Moskva və Moskva vilayəti 600-dən çox pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Məlumata görə, gecə saat 02:00-dan sonra Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə (HHM) qüvvələrinin şəhərə istiqamətlənən dronları vurduğunu açıqlayıb. Eyni vaxtda sosial şəbəkələrdə partlayış və yanğın görüntüləri yayılıb.

Sobyaninin saat 05:00 radələrində verdiyi məlumata əsasən, Moskva istiqamətində 620 PUA uçub, onlardan 180-i Moskva vilayətində məhv edilib.

Hücum nəticəsində müxtəlif ərazilərdə dron qalıqlarının düşməsi və yanğınların baş verməsi barədə məlumatlar yayılıb. Həmçinin Moskva Neft Emalı Zavodunun ərazisinə dron düşdüyü bildirilib. Lakin zavoda dəymiş mümkün zərər hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, pilotsuz uçuş aparatı Boqorodsk dairəsində, “Atlant-park” ərazisində yerləşən “Wildberries” anbarına düşüb. Nəticədə obyektdə yanğın baş verib.

Bundan başqa, Kolomnada PUA qalıqlarının düşməsi nəticəsində “Qlobus” Ticarət Mərkəzinin yaxınlığındakı ticarət pavilyonunun yandığı, Elektrostalda isə avtomobil və transformator yarımstansiyasının zədələndiyi açıqlanıb.

Qeyd edək ki, avqustun 16-na keçən gecə də Moskva vilayətində yerləşən “Wildberries” logistika kompleksinə dron hücumu baş vermişdi. Sahəsi 200 min kvadratmetrdən çox olan həmin obyekt şirkətin ən böyük anbarı hesab olunur.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Rusiya komandanlığı cəbhədə istifadə olunmayan HHM sistemlərini Moskva ətrafına cəmləşdirib və bunun nəticəsində ölkənin xarici sərhədlərinin müdafiəsi zəifləyib.

Həmçinin Moskvada keçirilməsi planlaşdırılan böyük hərbi-musiqi festivalının başlanmasına dörd gün qalmış ləğv edildiyi bildirilib. Festivalın ləğvinin mümkün səbəblərindən biri kimi Ukraynanın dron hücumları ilə bağlı təhlükə göstərilir.

Hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin