Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu

Ukraynanın yeni baş naziri bəyanatla çıxış edib

Ukraynanın yeni baş naziri Sergey Koretski hökumətin fəaliyyətində əsas prioritet istiqamətləri açıqlayıb. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Sergey Koretski öz açıqlamasında danışıb. Baş nazir bildirib ki, fəaliyyətə ilk növbədə Ukrayna Müdafiə Qüvvələrinin tam təmin olunması və ölkənin

8 baxış 3 dəq

Ukraynanın yeni baş naziri Sergey Koretski hökumətin fəaliyyətində əsas prioritet istiqamətləri açıqlayıb.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Sergey Koretski öz açıqlamasında danışıb.

Baş nazir bildirib ki, fəaliyyətə ilk növbədə Ukrayna Müdafiə Qüvvələrinin tam təmin olunması və ölkənin müdafiə-sənaye kompleksinin genişləndirilməsi ilə başlayacaq.

"Bizim əsas vəzifəmiz Ukrayna Müdafiə Qüvvələrinin tam təmin edilməsi və Ukrayna müdafiə-sənaye kompleksinin miqyasının genişləndirilməsidir.

Cəbhə xəttində mövqelərin qorunması, dəqiq zərbələrin endirilməsi və uzaqmənzilli əməliyyatların həyata keçirilməsi üçün hərbçilərimizin bütün zəruri vasitələrlə təmin olunması istiqamətində addımlar atacağıq. Buraya müxtəlif növ pilotsuz uçuş aparatları, yerüstü robotlaşdırılmış komplekslər, ən müasir silah və avadanlıqlar daxildir", – deyə Koretski vurğulayıb.

O əlavə edib ki, hökumətin əsas vəzifələrindən biri də dövlətin sosial öhdəliklərinin tam yerinə yetirilməsidir.

"Bizim borcumuz dövlətin bütün sosial öhdəliklərini yerinə yetirmək, pensiyaların və sosial müavinətlərin vaxtında ödənilməsini, eləcə də əsas dövlət xidmətlərinin maliyyələşdirilməsini təmin etməkdir", – deyə baş nazir bildirib.

Koretskinin sözlərinə görə, hökumət eyni zamanda xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, yeni maliyyə mənbələrinin cəlb olunması və beynəlxalq dəstəyin daha səmərəli istifadəsi istiqamətində fəaliyyət göstərəcək.

"Dövlətimizin strateji məqsədi dəyişməz olaraq qalır – Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzv qəbul edilməsidir. Fəaliyyətə başlayırıq", – deyə Sergey Koretski qeyd edib.

Xəbəri paylaş Dostlarınıza göndərin