Leqal xəbər məlumat verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskinin aşağı qiymətləndirildiyini açıqlayıb.
Bildirilib ki, ÜST bir sıra ölkələrlə birlikdə virusa qarşı operativ tədbirlər üzərində işləyir. Əsas diqqətin xəstələrin müalicəsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və virusun geniş yayılmasının qarşısının alınmasına yönəldiyi qeyd olunub.