Ceyhun Bayramov: Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu

Üzüm və Şərab Festivalına hazırlıqlar başlayıb

Sentyabrın 19-20-də Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək. Leqalxeber.az xəbər verir ki, festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində baş tutacaq. Artıq 5-ci dəfədir ki, təşkil olunacaq

6 baxış 3 dəq

Sentyabrın 19-20-də Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək.

Leqalxeber.az xəbər verir ki, festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində baş tutacaq.

Artıq 5-ci dəfədir ki, təşkil olunacaq festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərabistehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festivala müxtəlif şərab brendləri qatılaraq öz məhsullarını təqdim edəcəklər.

Ziyarətçilər iki gün ərzində üzümçülük və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanacaq, müxtəlif əyləncə və şou proqramları izləyəcəklər. Tədbirin əyləncə proqramı yaxın günlərdə açıqlanacaq.

Festivala giriş üçün biletləri iTicket.az saytı vasitəsilə əldə etmək olar.

Xəbəri paylaş Dostlarınıza göndərin