İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

VENESUELADA ZƏLZƏLƏ QURBANLARININ SAYI 5 MİNƏ ÇATDI

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının (parlament) sədri Xorxe Rodriqes "Telegram" kanalında məlumat yayıb. Parlament sədrinin açıqladığı gündəlik rəsmi hesabata əsasən, təbii fəlakət nəticəsində 5 000 nəfər həyatını itirib, 16 740 nəfər müxtəlif dərəcəli

6 baxış 3 dəq
VENESUELADA ZƏLZƏLƏ QURBANLARININ SAYI 5 MİNƏ ÇATDI

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının (parlament) sədri Xorxe Rodriqes "Telegram" kanalında məlumat yayıb.

Parlament sədrinin açıqladığı gündəlik rəsmi hesabata əsasən, təbii fəlakət nəticəsində 5 000 nəfər həyatını itirib, 16 740 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 17 907 nəfər isə evsiz qalıb.

Məlumata görə, zəlzələ bölgəsində 190 bina tamamilə yararsız vəziyyətə düşüb, 856 tikili isə ciddi zərər görüb.

Aparılan axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 35 781 nəfərə xəstəxanalarda tibbi yardım göstərilib.

Bundan əlavə, 128 324 ailəyə zəruri humanitar dəstək təqdim olunub, 21 210 nəfər 107 müvəqqəti sığınacaqda yerləşdirilib, zərərçəkənlərə isə ümumilikdə 10 063 ton ərzaq məhsulu paylanılıb.

Xatırladaq ki, güclü zəlzələ iyunun 24-ü axşam saatlarında qeydə alınıb. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki güclü yeraltı təkan baş verib. Zəlzələlərin episentri Yarakuy ştatı ərazisində, bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib.

Əsas təkanlardan sonra bölgədə 1 275 afterşok qeydə alınıb.

Xəbəri paylaş Dostlarınıza göndərin