İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

"Vəkil" adı ilə dələduzluq edən "redaktor" həbs edilib

Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib. Leqal Xəbər Oxu.az-a istinadla xəbər verir ki, "Vəkilin səsi" qəzetinin baş redaktoru Camal Bağırzadənin özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul alması barədə Nizami Rayon Polis İdarəsinə çox sayda şikayət daxil olub.

9 baxış 3 dəq
"Vəkil" adı ilə dələduzluq edən "redaktor" həbs edilib

akıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib.

Leqal Xəbər Oxu.az-a istinadla xəbər verir ki, "Vəkilin səsi" qəzetinin baş redaktoru Camal Bağırzadənin özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul alması barədə Nizami Rayon Polis İdarəsinə çox sayda şikayət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla Camal Bağırzadə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq orqanının təqdimatı ilə Nizami Rayon Məhkəməsində proses keçirilib. Məhkəmə istintaq orqanının təqdimatını təmin edib və C.Bağırzadə barədə 2 ay həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, 2023-cü ildə Camal Bağırzadənin vətəndaş Pərvanə Babayevaya özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək ondan pul almasına dair məlumat yayılmışdı. P.Babayeva bu barədə Baş Prokurorluğa müraciət etmişdi. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Camal Bağırzadənin barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) və 399-cu (Vəkil adından qanunsuz istifadə) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmışdı.

O, məhkəmənin qərarı ilə 350 manat məbləğində inzibati qaydada cərimə edilmişdi.

Xəbəri paylaş Dostlarınıza göndərin