Ceyhun Bayramov: Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndiririk İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin anım mərasimi keçirilib

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi Qəhrəmanı Əliyev Anar Vaqif oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib. Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları şəhidin məzarını ziyarət edib, önünə əklil və gül

9 baxış 3 dəq

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi Qəhrəmanı Əliyev Anar Vaqif oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.
Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları şəhidin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundan danışıblar.
Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xəbəri paylaş Dostlarınıza göndərin