İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Vətən müharibəsi qəhrəmanı, zabit Xaliq İbrahimova növbəti hərbi rütbə verilib

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. LEQAL XƏBƏR Qafazinfo"ya istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova "1-ci dərəcəli

8 baxış 3 dəq

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib.

LEQAL XƏBƏR Qafazinfo"ya istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb.

Əmrə əsasən, X.İbrahimova "1-ci dərəcəli kapitan" hərbi rütbəsi verilib.

"1-ci dərəcəli kapitan" rütbəsi digər qoşun növlərindəki "polkovnik" rütbəsinə bərabərdir. Bundan sonrakı pillə "kontr-admiral" ali rütbəsidir.

Qeyd edək ki, Xaliq İbrahimov Vətən müharibəsində Sualtı Hücum Xüsusi Təyinatlı (SAT) dəstəsinin zabiti kimi xidmət edib. O, bir neçə rayonumuzun, eləcə də Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsi əməliyyatlarında iştirak edib. Müharibədən sonra Prezidentin sərəncamları ilə İbrahimova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, o, həmçinin "Cəbrayılın azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə" və "Qubadlının azad edilməsinə görə" medalları ilə təltif olunub.

Hazırda 41 yaşlı 1-ci dərəcəli kapitan Hərbi Dəniz Qüvvələrinin (HDQ) tabeliyindəki hərbi hissələrdən birinin komandiridir.

Xəbəri paylaş Dostlarınıza göndərin