Leqal xəbər məlumat verir ki, Prezident İlham Əliyev bildirib ki, WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşüb.
Dövlət başçısı bununla bağlı sosial media hesabında paylaşım edib. Paylaşımda qeyd olunub ki, Azərbaycan COP29-dan sonra daha bir mühüm beynəlxalq tədbirə uğurla ev sahibliyi edib.
Prezident vurğulayıb ki, forumda təxminən 60 min iştirakçı yer alıb və bu göstərici WUF13-ü tarixdə ən böyük şəhərsalma forumuna çevirib.
İlham Əliyev bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusilə də UN-Habitat təşkilatını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib.![]()