İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Xaşa-Xunada gecə yarı baş verən davanın detalları üzə çıxdı

Bakının Xəzər rayonunda gecəyarısı iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində baş verib. Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Tahir gecəyarısı tanışı Tərlan (adlar şərtidir – red.) ilə orada yerləşən “Avro” marketin qarşısında

7 baxış 3 dəq
Xaşa-Xunada gecə yarı baş verən davanın detalları üzə çıxdı

Bakının Xəzər rayonunda gecəyarısı iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Hadisə Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində baş verib. Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Tahir gecəyarısı tanışı Tərlan (adlar şərtidir – red.) ilə orada yerləşən “Avro” marketin qarşısında mübahisə edib.

Aralarında yaranan mübahisə zamanı o, yumruqla Tərlanın sifət nahiyəsindən vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olduğunu, zərərçəkənin ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Xəbəri paylaş Dostlarınıza göndərin