Leqal xəbər məlumat verir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində 3 nəfərin öldüyü, 33 nəfərin isə yaralandığı bildirilib.
Məlumata görə, son sutka ərzində vilayətin 14 yaşayış məntəqəsinə “İsgəndər” raketləri, idarəolunan aviasiya bombaları və müxtəlif tipli dronlarla zərbələr endirilib.