İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Xocavəndin 78,32 %-i minalardan hələ də təmizlənməyib

Ağdamın 37,62, Füzulinin 18,42, Xocavəndin isə 78,32 %-i minalardan hələ də təmizlənməyib. Leqal Xəbər bildirir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyət

12 baxış 3 dəq

Ağdamın 37,62, Füzulinin 18,42, Xocavəndin isə 78,32 %-i minalardan hələ də təmizlənməyib.

Leqal Xəbər bildirir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar" adlı panel sessiyada deyib.

O, dəqiq mina xəritələrinin təqdim edilməməsinin minatəmizləmə prosesini çətinləşdirdiyini vurğulayıb.

E.Hüseynov onu da qeyd edib ki, indiyə kimi Ağdam, Füzuli və Xocavənd rayonlarına 16 minə yaxın sakin geri qayıdıb:

"Bu da o deməkdir ki, həmin ərazilərdə təxminən 4 min ailə yaşayır. Belə ki, ötən illər ərzində Ağdama 8062, Füzuliyə 3153, Xocavəndə isə 4704 nəfərin köçü baş tutub. Həmin ərazilərdə yaşamaq deyəndə təkcə mənzillər, parklar, məktəblər nəzərdə tutulmur. Biz azad olunmuş ərazilərdə həmçinin mədəni tədbirlər keçirir, sakinlərin işlə təmin olunması, torpağın abadlaşması üçün əlimizdən gələni edirik".



Xəbəri paylaş Dostlarınıza göndərin