Leqal xəbər məlumat verir ki, Xəzər dənizində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 05:47-də baş verib.
Mütəxəssislər bildiriblər ki, zəlzələnin maqnitudası 3.6 olub. Yeraltı təkanın ocağı isə 20 kilometr dərinlikdə yerləşib.