Azərbaycanda iyulun 4-5-də əsasən dağlıq və dağətəyi rayonlarda, iyulun 6-dan 8-i gündüz saatlarınadək isə bəzi ərazilərdə fasilələrlə yağışlı hava şəraiti müşahidə olunacaq.
LEQAL XƏBƏR verir ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən yayılan xəbərdarlığa əsasən, ayrı-ayrı bölgələrdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.