İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib

Yaponiya hakimiyyəti milli valyutanı dəstəkləmək üçün 7,98 trilyon yen (cari məzənnə ilə təxminən 50,4 milyard dollar) ayıraraq ölkə tarixində ən böyük vahid valyuta intervensiyasını həyata keçirib. Leqal Xəbər "Report"a istinadən məlumat verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyi

8 baxış 3 dəq
Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib

Yaponiya hakimiyyəti milli valyutanı dəstəkləmək üçün 7,98 trilyon yen (cari məzənnə ilə təxminən 50,4 milyard dollar) ayıraraq ölkə tarixində ən böyük vahid valyuta intervensiyasını həyata keçirib.

Leqal Xəbər "Report"a istinadən məlumat verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, müdaxilə 30 iyul 2026-cı ildə, yenin ABŞ dollarına qarşı kəskin zəifləməsi fonunda baş verib.

İyulun sonunda Yaponiya valyutası təxminən 40 ilin ən aşağı səviyyəsi olan 1 dollar üçün 163-164 yenə düşdü. Buna cavab olaraq, Yaponiya və ABŞ maliyyə orqanları 2011-ci ildən bəri ilk dəfə birgə valyuta müdaxiləsi həyata keçiriblər.

Müdaxilədən sonra yen 157-158 dollara qədər möhkəmlənib.

Əvvəllər, 2026-cı ilin aprel-may aylarında Yaponiya hakimiyyəti də müstəqil valyuta müdaxilələri həyata keçirib, lakin onların təsiri qısamüddətli olub.

Yerli müşahidəçilərin fikrincə, yenin uzun müddət zəifləməsinin əsas səbəblərindən biri Yaponiya ilə Qərb ölkələri arasında faiz dərəcəsi fərqidir. Xaricdə daha yüksək faiz dərəcələri xarici valyutalarda ifadə olunan aktivlərə investisiyaları investorlar üçün daha cəlbedici edir.

Yaponiya valyutası hazırda təxminən 1 dollar üçün 158 yen səviyyəsindədir.

Xəbəri paylaş Dostlarınıza göndərin