LEQAL XƏBƏR məlumat verir ki, Yaponiyanın Kyusyu adasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində bir sıra binalar çöküb, yollar və körpülər zədələnib, bəzi ərazilərdə yanğınlar baş verib və elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib ki, zərərçəkənlərin dəqiq sayı hələ müəyyənləşdirilir. Onun sözlərinə görə, artıq yaralıların olduğu barədə məlumatlar daxil olub.
Baş nazir qeyd edib ki, bəzi bölgələrdə yanğınlar qeydə alınıb, elektrik enerjisi kəsilib, yol və körpülərə ciddi ziyan dəyib, həmçinin binaların çökməsi faktları təsdiqlənib.
Məlumata əsasən, 7,1 bal gücündə yeraltı təkanlar Kumamoto prefekturasında qeydə alınıb.![]()