İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

YASDA GÜLÜŞ ÜSTÜNDƏ QAN TÖKÜLDÜ - BAKIDAKI CİNAYƏTİN DETALLARI

LEQAL XƏBƏR məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlu Elşad Bayramovu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

7 baxış 3 dəq
YASDA GÜLÜŞ ÜSTÜNDƏ QAN TÖKÜLDÜ - BAKIDAKI CİNAYƏTİN DETALLARI

LEQAL XƏBƏR məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlu Elşad Bayramovu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Səid Babazadə özünü təqsirli bildiyini və hadisədən əvvəl Elşadla birlikdə qohumlarının yas mərasimində olduqlarını deyib. O bildirib ki, həmin vaxt gözlənilmədən gülüş yaranıb və Elşad hamının yanında ona irad bildirib. Səid bu davranışdan narazı qalsa da, söhbəti uzatmayaraq evə qayıtdıqlarını söyləyib.

Onun sözlərinə görə, daha sonra telefonda Elşadla danışaraq yas mərasimində hamının içində danlanmasının ona xoş gəlmədiyini bildirib və aralarında mübahisə yaranıb.

Səid Babazadə bildirib ki, əsəbi halda stolun üzərindəki bıçağı götürərək cibinə qoyub. Elşadın məhəlləyə gəldiyini dedikdən sonra o da küçəyə çıxaraq onu gözləyib.

Təqsirləndirilən şəxsin ifadəsinə əsasən, Elşad gələndən sonra onlar arasında əlbəyaxa dava başlayıb. Qarşılıqlı zərbələr zamanı Səid ayağında istilik hiss edib və ayağının qanadığını görüb. Onun sözlərinə görə, Elşadın bıçaqla onu necə yaraladığını həmin anda hiss etməyib.

Səid bildirib ki, bundan sonra Elşadı qorxutmaq məqsədilə cibindəki bıçağı çıxarıb. Dalaşma zamanı isə necə baş verdiyini bilmədiyini desə də, Elşadı qolundan bıçaqla yaraladığını etiraf edib.

Zərərçəkmiş Elşad Bayramov məhkəmədə Səidin onun xalası oğlu olduğunu bildirib. O deyib ki, mübahisədən sonra dalaşmağa başlayıblar və Səid onu iki dəfə bıçaqlayıb.

Elşad hadisə zamanı yaralandığını dərhal hiss etmədiyini, evə qayıtdıqdan sonra sinəsində yanma hiss etdiyini və bıçaq yarasını həmin vaxt gördüyünü bildirib.

Bununla belə, zərərçəkmiş qohumu ilə barışdığını və ondan şikayətinin olmadığını deyib.

Xatırladaq ki, hadisə martın 27-də Sabunçu rayonunda baş verib. Səid Babazadənin Elşad Bayramovu aralarında yaranan mübahisə zamanı döş qəfəsindən bıçaqla vuraraq ağır xəsarət yetirdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb. Səid Babazadə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham olunur və barəsində qətimkan tədbiri seçilib.

Növbəti məhkəmə prosesi 18 sentyabr saat 10:40-a təyin edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin