İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Yeni iş yerləri yaradılacaq

Azərbaycanda hüquqi yardım sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti mühüm addım atılır. Qanunvericiliyə ilk dəfə olaraq “paraleqal” anlayışının daxil edilməsi nəzərdə tutulur. LeqalXəbər xəbər verir ki, bununla bağlı müddəalar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu

6 baxış 3 dəq

Azərbaycanda hüquqi yardım sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti mühüm addım atılır. Qanunvericiliyə ilk dəfə olaraq “paraleqal” anlayışının daxil edilməsi nəzərdə tutulur.

LeqalXəbər xəbər verir ki, bununla bağlı müddəalar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən, paraleqallar dövlət büdcəsi hesabına vətəndaşlara ilkin hüquqi yardım göstərən, lakin Vəkillər Kollegiyasının üzvü olmayan ali təhsilli şəxslər olacaq. Bu statusu əldə etmək üçün namizədlər müvafiq tədris müəssisəsində xüsusi hazırlıq kursunu uğurla başa vurmalı, sertifikat almalı və sonrakı dövrdə Vəkillər Kollegiyasının təşkil etdiyi ixtisasartırma proqramlarında mütəmadi iştirak etməlidirlər.

Paraleqal kimi fəaliyyət göstərmək istəyən şəxslər bu məqsədlə Vəkillər Kollegiyasına müraciət etməli olacaqlar. Təklif edilən dəyişikliklərə görə, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı qüvvəyə minmiş məhkəmə qərarı olanlar, həmçinin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər paraleqal statusu əldə edə bilməyəcəklər.

Qanun layihəsində nəzərdə tutulur ki, təlim proqramını uğurla başa vuraraq sertifikat əldə edən şəxslər rəsmi şəkildə paraleqal statusu qazanacaqlar. Həmin təlimlərin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Eyni zamanda, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən paraleqalların reyestri aparılacaq. Paraleqallar fəaliyyətlərini vəkil büroları, vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərlə bağladıqları mülki-hüquqi müqavilələr əsasında həyata keçirəcəklər.

Qanun layihəsinə əsasən, onların göstərdikləri ilkin hüquqi yardım xidmətlərinin ödənişi də dövlət büdcəsi hesabına təmin ediləcək. Bununla yanaşı, paraleqallar hüquqi yardım göstərilməsi zamanı əldə etdikləri məlumatların məxfiliyini qorumağa və etik davranış qaydalarına ciddi riayət etməyə borclu olacaqlar.

Mütəxəssislərin fikrincə, paraleqal institutunun yaradılması hüquqi yardıma çıxış imkanlarının genişləndirilməsinə, xüsusilə aztəminatlı və həssas sosial qrupların hüquqi dəstək əldə etməsinin asanlaşmasına xidmət edəcək.

Xəbəri paylaş Dostlarınıza göndərin