Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi) Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Leqal Xəbər Report-a əsasən məlumat verir. TƏBİB-in açıqlamasında deyilir ki:
"Onlara başın və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda xəsarət alan şəxslərdən 2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.
Qeyd edək ki, yeniyetmənin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan Qax rayonunun Qaysarlı kənd sakinləri – 16 yaşlı Yusif Aslanlı, 16 yaşlı Elgün Buğdaliyev, 16 yaşlı Qədir Məmmədli və Bakı şəhər sakini, 15 yaşlı Anar Əfəndizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yusif Aslanlı əlavə müayinə üçün Zaqatalada fəaliyyət göstərən özəl tibb müəssisələrindən birinə göndərilib.
Digər üç yeniyetmənin müayinə və müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.