Leqal xəbər məlumat verir ki, Rusiya hökuməti MDB ölkələri və Gürcüstandan olan peşəkar yük maşını sürücüləri üçün ölkədə qalma müddətini uzadıb. Yeni qaydaya əsasən, bu sürücülər bir il ərzində ümumilikdə 180 günə qədər Rusiyada qala biləcəklər.
Bu imkan beynəlxalq avtomobil daşımaları ilə məşğul olan sürücülərə aiddir və onlar vizasız şəkildə ölkəyə daxil ola bilirlər. Lakin bundan yararlanmaq üçün müəyyən edilmiş qaydada müraciət etmək lazımdır. Qərar 30 iyun 2026-cı ildən qüvvəyə minəcək.
