ABŞ-də yaşayan bir qadın yuxusuz gecədə oynadığı onlayn lotereyada 150 min dollar qazanıb.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb.
Məlumata görə, Şimali Karolina ştatının sakini Syu Rouli gecə yuxuya gedə bilmədiyi üçün telefonundan rəqəmsal ani lotereya oyunlarından birini oynayıb. O, oyuna 30 dollar mərc edərək cekpotun sahibi olub.
Qadın bildirib ki, əvvəlcə qazandığı məbləğə inanmayıb.
"Belə uduşlar hər gün olmur. Biz çox şadıq", – deyə o bildirib.
Syu Rouli qazandığı 150 min dolları evində təmir işlərinə sərf etməyi planlaşdırdığını söyləyib.
Şimali Karolina ştatının rəsmiləri isə vətəndaşlara lotereyanı qazanc vasitəsi kimi deyil, əyləncə məqsədilə oynamağı və məsuliyyətli davranmağı tövsiyə ediblər.
Buna baxmayaraq, Syu Roulinin yuxusuz gecədə qazandığı böyük mükafat qısa müddətdə yerli mediada geniş marağa səbəb olub.![]()