Leqal xəbər bildirirki, Azərbaycanda hərbi xidmətlə bağlı yeni dəyişikliklər çərçivəsində tibb sahəsində ali təhsili olan şəxslərə zabit kimi xidmət imkanı yaradılıb.
Məlumata görə, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən tətbiq ediləcək yeni konsepsiyaya əsasən, ali tibb ixtisası olan çağırışçılar öz istəkləri ilə bir il müddətində “leytenant” rütbəsində hərbi həkim kimi xidmət edə biləcəklər. Bu çərçivədə namizədlər Milli Müdafiə Universitetində təşkil olunacaq 30 günlük ilkin hazırlıq kursuna cəlb ediləcək. Kurs zamanı hərbi intizam qaydaları, silahdan istifadə, həmçinin hərbi tibb sahəsində sənədləşmə və qeydiyyat prosesi öyrədiləcək.
Qeyd olunub ki, zabit kimi xidmət edən hərbi həkimlər aylıq maaşla təmin olunacaq və qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlardan istifadə edəcəklər. Bu addım həm ordu quruculuğuna töhfə vermək, həm də gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədi daşıyır.
Zabit olmaq istəyənlərə yeni imkan
Leqal xəbər bildirirki, Azərbaycanda hərbi xidmətlə bağlı yeni dəyişikliklər çərçivəsində tibb sahəsində ali təhsili olan şəxslərə zabit kimi xidmət imkanı yaradılıb. Məlumata görə, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən tətbiq ediləcək yeni konsepsiyaya əsasən, ali tibb ixtisası olan çağırışçılar
27 baxış
3 dəq
