LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarı qəbul edib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüşdə Zakir Həsənov Azərbaycan və Türkiyə arasında münasibətlərin bütün sahələrdə olduğu kimi, hərbi istiqamətdə də uğurla inkişaf etdiyini vurğulayıb.
Nazir "Baykar" şirkətinin Türkiyənin müdafiə sənayesində mühüm rol oynadığını qeyd edərək, qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsal potensialının daha da artırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Selçuk Bayraktar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.
Tərəflər pilotsuz uçuş aparatları, radioelektron mübarizə, insansız sistemlər və digər hərbi-texniki əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparıblar.![]()