LEQAL XƏBƏR məlumat verir ki, Zaqatalada yağan intensiv yağışlar və sel suları bir sıra yaşayış məntəqələrində ciddi fəsadlara səbəb olub.
Zaqatala Rayon İcra Hakimiyyətinin məlumatına görə, sel nəticəsində şəhərin içməli su infrastrukturu zərər gördüyündən Zaqatala şəhərinin bəzi ərazilərinə suyun verilməsi təxminən 10 gün müddətində mümkün olmayacaq.
Bildirilib ki, İkinci Tala kəndində də içməli su təchizatının bərpasının 10-15 gün çəkəcəyi ehtimal olunur.
Ötən gün Vöhtala kəndi ilə əlaqə müvəqqəti olaraq kəsilsə də, əhalinin təhlükəsiz ərazilərə təxliyəsi təmin edilib.
Məlumata görə, sel suları Vöhtala, Aşağı Çardaxlar, Bəhmədli və Lahıc kəndlərində ciddi fəsadlar törədib. Meşleş kəndində isə təhlükəsizlik məqsədilə sakinlər təxliyə olunublar.![]()