LEQAL XƏBƏR məlumat verir ki, Zaqatala rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Şəki-Yevlax-Zaqatala-Gürcüstan magistral avtomobil yolunun 132-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, saat 22:00 radələrində VAZ-2107 markalı avtomobillə "Opel" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində VAZ-2107-nin sürücüsü, 36 yaşlı Ramiz Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıya tibbi yardım göstərilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.