LEQAL XƏBƏR məlumat verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam edən müharibə zamanı Ukrayna Silahlı Qüvvələrinin təxminən 50 min hərbçisinin həlak olduğunu, 400 minə yaxın hərbçinin isə yaralandığını bildirib.
Zelenskinin sözlərinə görə, hərbi itkilərlə bağlı bütün məlumatların açıqlanması məqsədəuyğun deyil, çünki bu, qarşı tərəfin Ukrayna ordusunun vəziyyəti barədə əlavə məlumat əldə etməsinə səbəb ola bilər.
Ukrayna lideri həmçinin itkin düşən hərbçilərin sayının da kifayət qədər çox olduğunu qeyd edib. O vurğulayıb ki, döyüş şəraiti səbəbindən dəqiq statistikanın müəyyənləşdirilməsi olduqca çətindir.![]()