İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

ZELENSKİ RUSİYA ƏRAZİLƏRİNƏ ENDİRİLƏN HAVA ZƏRBƏLƏRİNİN DETALLARINI AÇIQLAYIB

LEQAL XƏBƏR məlumat verir ki, Ukrayna Təhlükəsizlik Xidməti gecə saatlarında Rusiyanın Yaroslavl vilayətində, Ukrayna sərhədindən 700 kilometrdən çox uzaqlıqda yerləşən neft obyektinə zərbə endirib. Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında bildirib ki, Yaroslavl bölgəsindəki bu

6 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Ukrayna Təhlükəsizlik Xidməti gecə saatlarında Rusiyanın Yaroslavl vilayətində, Ukrayna sərhədindən 700 kilometrdən çox uzaqlıqda yerləşən neft obyektinə zərbə endirib.
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında bildirib ki, Yaroslavl bölgəsindəki bu obyekt Rusiyanın dövlət ehtiyatları üçün mühüm əhəmiyyət daşıyır və əməliyyat zamanı zərər görüb.
Onun sözlərinə görə, eyni gecə Tula vilayətinin Novomoskovsk şəhərində yerləşən “Azot” zavoduna da zərbə endirilib. Zavodun partlayıcı maddələrin istehsalında istifadə olunduğu qeyd edilib.
Zelenski əlavə edib ki, əməliyyatlar zamanı Rusiyanın 28 regionunda hava hücumu xəbərdarlıqları elan edilib, 6 hava limanında isə uçuşlara məhdudiyyətlər tətbiq olunub.
O bildirib ki, zərbələr həmçinin Rusiyanın Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində yerləşən hərbi logistika obyektlərini də hədəf alıb.
Zelenski qeyd edib ki, Ukrayna uzunmənzilli zərbə planını həyata keçirir və bu addımlar Rusiyanın müharibəni dayandırmaqdan imtina etməsinə cavabdır. O, sülhün əldə olunması üçün müxtəlif danışıqlar formatlarının təklif edildiyini də vurğulayıb.
Xəbəri paylaş Dostlarınıza göndərin