Venesuelada baş verən güclü zəlzələdən sonra Karakas və ölkənin digər bölgələrinin sakinləri səmada qeyri-adi mənzərənin şahidi olublar.
LEQAL XƏBƏR verir ki, yeraltı təkanlardan sonra üfüqün qırmızı rəng alması atmosferdə yaranan optik hadisə ilə izah olunur.
Məlumata görə, zəlzələ nəticəsində havaya çoxlu miqdarda toz, qum və xırda süxur hissəcikləri qalxıb. Bu zərrəciklər günəş şüalarının sınmasına təsir göstərərək səmanın narıncı və qırmızı çalarlarda görünməsinə səbəb olub.
Mütəxəssislər bildiriblər ki, bu hadisə elmdə Reyli səpələnməsi adlanır və yeni təbii fəlakətin əlaməti deyil. Bununla yanaşı, yüksək kvars tərkibli süxurların çatlaması zamanı yaranan nadir "zəlzələ işıqları" da bəzi hallarda səmaya qırmızı çalar verə bilir.