Bakının Yasamal rayonunda 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Hadisə oktyabrın 1-də Həsən bəy Zərdabi prospektində qeydə alınıb.
1959-cu il təvəllüdlü C. Ağamaliyev prospektdə olarkən qəfil halı pisləşib. O, bu səbəbdən pilləkənlərdən yıxılıb.
Hadisə nəticəsində ağır xəsarətlər alan 67 yaşlı kişi hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır. Ölümün dəqiq səbəbləri araşdırmanın nəticələrinə əsasən müəyyənləşdiriləcək.![]()