İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bakıda dəhşətli hadisə

Leqalxeber.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində qeydə alınıb. İlkin məlumata görə, Rəna adlı yaşlı qadın yaşadığı mənzildə oğlunu bıçaqlayıb. Ağır xəsarət alan kişi hadisə nəticəsində həyatını itirib. Hadisədən sonra qadının yaşadığı binanın 8-ci mərtəbəsinə qalxaraq

15 baxış 3 dəq
Bakıda dəhşətli hadisə

Leqalxeber.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində qeydə alınıb.

İlkin məlumata görə, Rəna adlı yaşlı qadın yaşadığı mənzildə oğlunu bıçaqlayıb. Ağır xəsarət alan kişi hadisə nəticəsində həyatını itirib.

Hadisədən sonra qadının yaşadığı binanın 8-ci mərtəbəsinə qalxaraq özünü aşağı atdığı bildirilir. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilib, hadisənin başvermə şəraiti və səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

İlkin məlumatlara əsasən, hadisənin ailə-məişət zəminində baş verdiyi ehtimal olunur. Lakin hadisənin motivi və qadının oğlunu hansı səbəbdən bıçaqlaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin bütün təfərrüatları, tərəflər arasındakı münasibətlər və cinayətin başvermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırmanın nəticələrinə əsasən hadisənin hüquqi qiymətləndirilməsi gözlənilir.

Qeyd: Hadisə ilə bağlı rəsmi qurumlardan əlavə məlumat daxil olduqca xəbər yenilənəcək.

Xəbəri paylaş Dostlarınıza göndərin