LEQAL XƏBƏR məlumat verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına əsasən, oktyabrın 14-də saat 01:35 radələrində Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi “Volkswagen” markalı, 77 XS 274 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə olması ilə əlaqələndirilən qəza nəticəsində avtomobildə olan sərnişinlər — paytaxt sakini Kamran Əliyev və Qax rayon sakini Təbriz Əliyev hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sərxoş vəziyyətdə avtomobil idarə edilməsi nəticəsində baş verən ağır yol-nəqliyyat hadisələrindən narahatlığını ifadə edərək sürücüləri bu cür təhlükəli qayda pozuntularından çəkinməyə çağırıb.