LEQAL XƏBƏR məlumat verir ki, Astarada 58 yaşlı İlham Hacıyev vaxtilə sevdiyi qızla ailə quran həmyerlisi İlqar Qarayevə armaturla hücum edib.
Hadisə Astara şəhərindəki dənizkənarı bulvarda baş verib. Məlumata görə, İlqar Qarayev ailəsi ilə birlikdə Rusiyadan Astaraya qonaq gəlib və axşam bulvarda gəzərkən İlham Hacıyevlə qarşılaşıb.
İlham Hacıyev qəfil yerdən armatur götürərək İlqara hücum edib. O, “sən mənim sevdiyim qızı alıb qaçmısan” deyərək İlqarın baş və sifət nahiyəsinə zərbələr endirib. Ağır xəsarət alan İlqar huşunu itirərək yerə yıxılıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İlham Hacıyev saxlanılıb.