Lənkəranda 57 yaşlı kişi ölüb.
Leqal Xəbər məlumat verir ki, hadisə rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.
Liman şəhər sakini, 1969-cu il təvəllüdlü Fizuli Həsənov kənd ərazisindən keçən Viravul çayında balıq tutarkən naməlum şəraitdə həyatını itirib.
Onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Kişinin elektrik cərəyanının təsiri nəticəsində ölməsi ehtimal olunur.