İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

"Bir söyüşə görə 5 il həbs cəzası aldı"

Bakının Suraxanı rayonunda 30 yaşlı kişi tanışını bıçaqlamaqda ittiham olunub. Hadisə H. Əliyev prospektində yerləşən "Ağ çiçəyim" gül mağazasının yaxınlığında baş verib. İstintaq sənədlərinə görə, Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Ərəstun əvvəllər tikintidə birlikdə işlədiyi

9 baxış 3 dəq
"Bir söyüşə görə 5 il həbs cəzası aldı"

Bakının Suraxanı rayonunda 30 yaşlı kişi tanışını bıçaqlamaqda ittiham olunub.

Hadisə H. Əliyev prospektində yerləşən "Ağ çiçəyim" gül mağazasının yaxınlığında baş verib.

İstintaq sənədlərinə görə, Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Ərəstun əvvəllər tikintidə birlikdə işlədiyi Zəfərdən 170 manat pulunu tələb edib. Pulun verilməməsi səbəbindən aralarında mübahisə yaranıb.

Ərəstun ifadəsində bildirib ki, Zəfər ona qeyrət söyüşü söyüb və buna görə onu görüşə çağırıb. Görüş zamanı mübahisə davaya çevrilib. O, özünü müdafiə etmək məqsədilə götürdüyü meyvə bıçağı ilə Zəfərə bir neçə zərbə vurduğunu deyib.

Ərəstun məhkəmədə özünü qismən təqsirli bilib və törətdiyi əmələ görə peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətə azadlıqdan məhrum edilib.

Zərərçəkmiş şəxs isə ona dəymiş maddi və mənəvi zərərə görə 9110 manat tələb edib. Məhkəmə iddianı qismən təmin edərək Ərəstundan 2110 manat tutulmasına qərar verib.

Ərəstun hökmdən apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Xəbəri paylaş Dostlarınıza göndərin