İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Süd, qatıq və pendirə görə avtomobil qaçırdı: 3 ay 28 gün həbs cəzası verildi

Bakının Xətai rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib. Kənd təsərrüfatı məhsullarını oğurlamaq istəyən 24 yaşlı gənc bunun üçün “Mercedes-Benz” markalı avtomobili də qaçırıb. Hadisə “Həzi Aslanov” metrostansiyasının yaxınlığında qeydə alınıb. Məlumata görə, gənc gecə saatlarında avtomobilin

6 baxış 3 dəq
Süd, qatıq və pendirə görə avtomobil qaçırdı: 3 ay 28 gün həbs cəzası verildi

Bakının Xətai rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib. Kənd təsərrüfatı məhsullarını oğurlamaq istəyən 24 yaşlı gənc bunun üçün “Mercedes-Benz” markalı avtomobili də qaçırıb.

Hadisə “Həzi Aslanov” metrostansiyasının yaxınlığında qeydə alınıb. Məlumata görə, gənc gecə saatlarında avtomobilin şüşəsini sındıraraq salona daxil olub. Maşında süd, qatıq, pendir, yumurta və digər kənd məhsullarını görən şəxs onları götürmək qərarına gəlib.

Məhsulları təkbaşına daşımaqda çətinlik çəkən gənc avtomobili də özü ilə aparıb. O, kənd məhsullarını satdıqdan sonra nəqliyyat vasitəsini başqa ərazidə saxlayıb və açarını yerinə qoyub.

Hadisə ilə bağlı aparılan araşdırmadan sonra iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 24 yaşlı şəxs 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Hadisə paytaxtda qeyri-adi oğurluq üsulu ilə diqqət çəkib: gənc bir neçə kənd məhsulunu götürmək üçün avtomobili də qaçırmağa əl atıb.

Xəbəri paylaş Dostlarınıza göndərin