İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Ermənistan yenə dalanda

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan son görüşdən sonra bir reallıq daha da aydınlaşdı: Ermənistan artıq “iki stulda oturmaq” siyasətinin son həddinə çatıb. Moskvanın açıq mesajı isə sadədir – seçim etməlisən. Bu vəziyyət isə regionda,

14 baxış 3 dəq
Ermənistan yenə dalanda

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan son görüşdən sonra bir reallıq daha da aydınlaşdı: Ermənistan artıq “iki stulda oturmaq” siyasətinin son həddinə çatıb. Moskvanın açıq mesajı isə sadədir – seçim etməlisən.
Bu vəziyyət isə regionda, xüsusilə Azərbaycan üçün yeni strateji mənzərə formalaşdırır.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərini faktiki dondurması və Qərbə yönəlməsi Moskva ilə münasibətlərdə gərginliyi artırıb və bu kurs dəyişiklikləri Ermənistanı seçim qarşısında qoyur. Yaxın perspektivdə İrəvan konkret geosiyasi istiqamət müəyyənləşdirməyə məcbur olacaq. Ermənistanın istiqamət dəyişikliyi isə Cənubi Qafqazı daha açıq geosiyasi rəqabət meydanına çevirə bilər.
ABŞ və Avropa İttifaqının aktivləşməsi Cənubi Qafqazda rəqabəti daha da artırır. Bununla belə, Ermənistanın Qərbə yaxınlaşması regionda yeni güc balansının formalaşmasına səbəb ola bilər. Rusiya təsirini itirməmək üçün təzyiqi artıracaq, Qərb regionda möhkəmlənməyə çalışacaq, Ermənistan isə bu qarşıdurmanın mərkəzində qalacaq.
Bu isə sabitlikdən çox, qeyri-müəyyənlik artırır həm siyasi, həm də təhlükəsizlik baxımından əlavə risklər yaradır.
Ermənistanın qarşısında duran seçim artıq qaçılmazdır. Bu seçim təkcə ölkənin gələcək kursunu deyil, bütövlükdə regionun siyasi və iqtisadi arxitekturasını müəyyən edəcək. Leqal xəbər Ermənistan mətbuatına istinadən bildirir ki, Dünənki görüş İrəvanın həm xarici, həm də daxili siyasətdə dalana dirəndiyini açıq şəkildə ortaya qoyub.
Mövcud vəziyyət ölkəmiz üçün də yeni diplomatik imkanlar yaradır. Ermənistanın zəifləyən manevr imkanları fonunda Azərbaycan sülh gündəliyində daha sərt və konkret şərtlərlə çıxış etmək imkanını əldə edir.


Xəbəri paylaş Dostlarınıza göndərin