LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın Apellyasiya Məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.
Sabiq dövlət başçısının vəkili Aram Orbelyan bildirib ki, şikayətə formal yanaşılıb. Onun sözlərinə görə, məhkəmə Koçaryanın ev dustaqlığına buraxılacağı təqdirdə əlaqələrinin nəzarətdə saxlanılması imkanını nəzərə almayıb.
Vəkil müdafiə tərəfinin qərardan Kassasiya Məhkəməsinə şikayət verməyi planlaşdırdığını bildirib.
Qeyd edək ki, Robert Koçaryan və oğlu Sedrak qanunsuz yolla əmlak əldə etmə ilə bağlı cinayət işi üzrə həbs ediliblər. İstintaq orqanlarının iddiasına görə, sabiq prezident vəzifədə olduğu dövrdə səlahiyyətlərindən sui-istifadə edərək bir sıra obyektləri bazar dəyərindən aşağı qiymətə əldə edib.
ROBERT KOÇARYAN HƏBSDƏ QALDI
LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın Apellyasiya Məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib. Sabiq dövlət başçısının vəkili Aram Orbelyan bildirib ki, şikayətə formal yanaşılıb. Onun
11 baxış
3 dəq
