İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

"Ermənistanın Aİ-yə qoşulmaq istəyi kifayət etmir"

Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması sadəcə ehtimal edilən ssenarilərdən biridir, çünki bu məsələnin həlli üçün yalnız ölkənin istəyi kifayət etmir. LEQAL XƏBƏR-in Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Fransa

15 baxış 3 dəq
"Ermənistanın Aİ-yə qoşulmaq istəyi kifayət etmir"

Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması sadəcə ehtimal edilən ssenarilərdən biridir, çünki bu məsələnin həlli üçün yalnız ölkənin istəyi kifayət etmir.

LEQAL XƏBƏR-in Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Fransa Radiosuna (RFI) müsahibəsində bildirib.

"Məsələnin həlli üçün təkcə Ermənistanın istəyi bəs etmir: Avropa İttifaqının özündə də gələcək genişlənmənin məqsədəuyğun olub-olmadığına qərar verilməlidir", - deyə baş nazir vurğulayıb və hazırda Aİ daxilində bu mövzuda fərqli fikirlərin səsləndiyinə diqqət çəkib.

O əlavə edib ki, hökumətin strateji hədəfi Ermənistanın Aİ-yə daxil olub-olmamasından ibarət deyil, əsas məqsəd ölkə və xalq üçün əvvəllər mövcud olmayan alternativlər yaratmaqdır.

"Məqsəd alternativlər təklif etməkdir, bundan sonra isə Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalıb-qalmayacağına, Aİ-yə daxil olmaq istəyib-istəməyəcəyinə və ya heç bir ittifaqa qatılmayacağına cəmiyyət özü qərar verə biləcək. İstənilən halda, biz qazanan tərəfik, çünki islahatlar həyata keçirməklə, nəticədə, Avropa standartlarına tam cavab verən bir dövlət quracağıq", - deyə Paşinyan bildirib.

Bununla yanaşı, erməni baş nazir ölkəsinin Rusiya ilə münasibətləri pisləşdirmək istəmədiyini bir daha xatırladıb:

"Rusiya Federasiyası ilə əlaqələrin kəsilməsi və ya pisləşməsi heç vaxt məqsədlərimizə daxil olmayıb, indi də yoxdur və gələcəkdə də olmayacaq".

Xəbəri paylaş Dostlarınıza göndərin