Ermənistan Zəngəzur bölgəsindən keçən əsas dövlət avtomobil yollarından birində genişmiqyaslı təmir işlərinə start verib.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Ermənistanın "Yol Departamenti" Fondu məlumat yayıb.
Məlumata əsasən, İrəvan – Arazdəyən – Noraşen – Tatev – Qafan – Mehri – Ermənistan–İran sərhədi (M-2) dövlətlərarası avtomobil yolunun Zəngər yaşayış məntəqəsindən Borisovka kəndinədək olan hissəsində orta təmir işləri aparılır.
Bildirilib ki, təmir edilən yol sahəsinin ümumi uzunluğu 13,4 kilometrdir.
Layihənin Ermənistanın dövlət büdcəsi hesabına maliyyələşdirildiyi qeyd olunub.
Qeyd edək ki, M-2 avtomobil yolu Ermənistanın cənubuna, o cümlədən Qafan, Mehri və İran sərhədinə çıxışı təmin edən əsas nəqliyyat arteriyalarından biri hesab olunur.