LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Azərbaycana ixrac əməliyyatlarının həyata keçirilməsi barədə ilkin razılaşmanın əldə olunduğunu bildirib.
Paşinyan bu barədə keçirdiyi brifinqdə məlumat verib.
"Hesab edirəm ki, ilkin razılaşma artıq baş tutub. Həmin sövdələşmə son mərhələyədək tamamlansın, sonra şirkətlər özləri bu barədə açıqlama verəcəklər. Bu, hökumətin açıqlama verəcəyi məsələ deyil. Biz bu cür detallı sövdələşmələri müzakirə etmirik.
Bizim vəzifəmiz biznes icmalarının bir-biri ilə işləməsi və konkret qarşılıqlı maraqların nədən ibarət olduğunu müəyyənləşdirməsi üçün siyasi şərait yaratmaqdır", - deyə Ermənistan lideri bildirib.![]()