İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Onların sülh anlayışı

Leqal xəbər məlumat verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətdə olan rəqiblərini Azərbaycanla sülh prosesinə qarşı çıxmaqda ittiham edib. O, martın 30-da sosial media hesabında yaydığı videomüraciətdə bildirib ki, müxalifət liderlərinin sülhə dair baxışları onun apardığı siyasətdən

18 baxış 3 dəq
Onların sülh anlayışı

Leqal xəbər məlumat verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətdə olan rəqiblərini Azərbaycanla sülh prosesinə qarşı çıxmaqda ittiham edib.

O, martın 30-da sosial media hesabında yaydığı videomüraciətdə bildirib ki, müxalifət liderlərinin sülhə dair baxışları onun apardığı siyasətdən fərqlənir.

Baş nazir qeyd edib ki, müxalif düşərgəni təmsil edən keçmiş prezident Robert Koçaryan, iş adamları Samvel Karapetyan və Qaqik Tsarukyanın mövqeyi reallığı əks etdirmir. Onun sözlərinə görə, müstəqillikdən və 1994-cü il atəşkəsindən sonra hər il Azərbaycanla atışmalar nəticəsində itkilər olub.

“Bəlkə də onların sülh anlayışı hər il itki verməkdir. Bizim yanaşmamız isə əksinədir – sülh itkilərin və gərginliyin olmamasıdır”, – deyə Paşinyan vurğulayıb.

O, çıxışında bir daha Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasının vacibliyini qeyd edib.

Məlumata görə, Paşinyan rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyası tərəfindən iyunun 7-də keçiriləcək parlament seçkilərində baş nazirliyə namizəd seçilib.

Qeyd edək ki, müxalif “Ermənistan İttifaqı” bloku isə seçkilər üçün Robert Koçaryanın namizədliyini irəli sürüb. Müxalifət liderləri çıxışlarında Paşinyanı Rusiya ilə münasibətləri zəiflətməkdə, Avropa İttifaqına yaxınlaşmaqda və Qarabağ məsələsində güzəştlərə getməkdə ittiham edirlər.

Xəbəri paylaş Dostlarınıza göndərin