Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində aparılan sosioloji sorğuların nəticələrinə görə, ölkənin Baş naziri Nikol Paşinyan lider mövqedə qərarlaşıb.
“Leqal xəbər”in Ermənistan KİV-lərinə istinadən yaydığı məlumata əsasən, 1001 respondent arasında keçirilmiş sorğuda seçicilərin 24,3%-i parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyasına səs verməyə hazır olduğunu bildirib. Qeyd olunur ki, bu göstərici əvvəlki sorğularla müqayisədə artım nümayiş etdirir.
Sorğunun nəticələrinə əsasən, digər siyasi qüvvələr üzrə göstəricilər belədir: Rusiyalı iş adamı Samvel Karapetyan-ın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası 13,4%, iş adamı Qaqik Sarukyan-ın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası 7,9%, Ermənistanın sabiq prezidenti Robert Koçaryan-ın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 5,5% dəstək qazanıb.
Bununla yanaşı, respondentlərin 51,9%-i qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Ermənistanda parlament seçkilərinin 7 iyun tarixində keçirilməsi nəzərdə tutulur.
Paşinyan seçki sorğularında liderdir
Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində aparılan sosioloji sorğuların nəticələrinə görə, ölkənin Baş naziri Nikol Paşinyan lider mövqedə qərarlaşıb. “Leqal xəbər”in Ermənistan KİV-lərinə istinadən yaydığı məlumata əsasən, 1001 respondent arasında keçirilmiş sorğuda seçicilərin
16 baxış
3 dəq
