LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan ölkənin Milli Təhlükəsizlik Xidmətinə gətirilib.
Məlumata görə, bu barədə müxalif “Ermənistan” (“Hayastan”) fraksiyasının deputatı Aqnessa Xamoyan məlumat verib.
Onun sözlərinə görə, sabiq prezident səhər saatlarında Antikorrupsiya Komitəsinə aparılıb.
Bildirilib ki, vergi xidməti Koçaryanlar ailəsinə məxsus “Toyota” avtomobil salonunu möhürləyib. Bununla yanaşı, “Orange Fitness” idman kompleksində də istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Koçaryanın oğlu, müxalif “Ermənistan” fraksiyasının deputatı Levon Koçaryanın evində axtarış aparıblar.![]()